Bərdədə kasetli bomba qalıqları aşkarlandı

Bərdədə kasetli bomba qalıqları aşkarlandı
  28 Oktyabr 2020    Oxunub:2860
Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) mülki əhalinin sıx yaşadığı Bərdə rayonunun Alpout, Qarayusifli və Göyüşlü kəndlərinin erməni hərbi qüvvələri tərəfindən hədəfə alınması barədə məlumat yayıb.
ANAMA-dan Azvision.az -a bildirilib ki, agentliyin xüsusi mobil çevik əməliyyat qrupları tərəfindən əraziyə baxış zamanı 1 ədəd 300 mm 9M525 tipli raketin və tərkibindəki 72 ədəd 9N235 bombacığının qalıqları aşkar edilib.

Qeyd edilən bombacıqların partlaması nəticəsində biri azyaşlı olmaqla ümumilikdə 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.



Azvision.az


Teqlər: ANAMA  





Xəbər lenti