“Yoluxma sayının artması hər kəsi narahat edir” - Hikmət Hacıyev

   “Yoluxma sayının artması hər kəsi narahat edir” -    Hikmət Hacıyev
  19 Noyabr 2020    Oxunub:3016
Koronavirus cəbhəsində mübarizəmiz davam edir.
Azvision.az xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində deyib.

Onun sözlərinə görə, son dövrlər dünya miqyasında koronavirusa yoluxma sayının artdığı müşahidə edilir: “Qonşu ölkələr Gürcüstan, Rusiya, İran, Türkiyədə yoluxma saylarının artımında dinamika müşahidə olunur. Avropa İttifaqı ölkələri, o cümlədən, dünyanın başqa ölkələrində də yoluxma artır. Azərbaycanda COVID-19-a yoluxma rəqəmlərinin gündəlik əsasda artım tendensiyası narahatlıq doğuracaq saydadır. Vətən müharibəsində olduğumuzu nəzərə alaraq koronavirusa yoluxma sayı hər kəsi narahat edir”.

H.Hacıyev bildirib ki, yaralı əsgərlərimizin müalicəsi səhiyyə sistemində qarşıda duran vəzifələrdəndir:“Səhiyyə sistemi iki cəbhədə işini görürür. Bununla bərabər koronavirus xəstələrinin artması narahat edicidir. Hər kəs Vətən Müharibəsində öz töhfəsini vermək istəyirsə, qaydalara riayət edilməlidir”.

Aytən Zəhra
Azvision.az


Teqlər: Hikmət-Hacıyev   Qərargah  





Xəbər lenti