Taha Ayhan Azərbaycana səfər edib
Bununla yanaşı, səfərdə olan nümayəndə heyəti Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, Azərbaycan Respublikasının Xarici İşlər naziri Ceyhun Bayramov, Milli Məclis sədrinin müavini, Gənclər və idman komitəsinin sədri Adil Əliyev, Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov, Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, millət vəkili Tural Gəncəliyev,Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının ofisində gənclər təşkilatlarının nümayəndələri ilə görüş keçirib, qarşılıqlı əməkdaşlıq və gələcək planlar ətrafında fikir mübadiləsi aparıblar.
18 noyabr tarixində Taha Ayhan və onu müşaiyət edən nümayəndə heyəti Gəncə şəhərinə səfər edərək Ermənistan silahlı qüvvələrinin azərbaycanlı dinc əhaliyə qarşı törətdiyi hərbi cinayətlər nəticəsində baş vermiş faciənin izləri ilə tanış olublar. Gəncə şəhəri icra hakimiyyətinin başçısı Niyazi Bayramov cinayətkar erməni ordusu tərəfindən atılan ballistik raketlərin dağıtdığı yaşayış ərazilərini qonaqlara göstərərək, dinc əhaliyə hücumlar zamanı baş vermiş itkilər və dağıntılar haqda ətraflı məlumat verib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin və erməni terroruna məruz qalmış müharibə qurbanlarının xatirəsi yad edilib.
Səfər haqda ətraflı müsahibə verən Taha Ayhan Azərbaycan həqiqətlərinin, həmçinin dinc əhaliyə qarşı Ermənistanın törətdiyi cinayətlərin geniş ictimaiyyətə çatdırılması üçün İƏT Gənclər Forumunun lazımi işlər görəcəyini və geniş fəaliyyət aparacağını bildirib.
Azvision.az
Teqlər: