İran səfirindən Azərbaycan əleyhinə açıqlama

 İran səfirindən Azərbaycan əleyhinə açıqlama
  12 Fevral 2014    Oxunub:1159
İran səfiri: `Tarixi tələblər Azərbaycanın suverenliyini sual altında qoyur.`
Əgər söhbət tarixi tələblərdən gedirsə, əksər ölkələrin suverenliyi, eləcə də məhz Azərbaycanın müstəqilliyi sual altında qala bilər. İranın Ermənistandakı səfiri Məhəmməd Rəisi, hazırda İranın nəzarəti altında olan əzəli Azərbaycan torpaqları barədə fikir yürüdərkən belə bir bəyanat səsləndirib.

Rəisi qeyd edib ki, İranla Azərbaycan arasında sıx dostluq əlaqələri olmasına baxmayaraq, bəzən fikir ayrılıqları ortaya çıxır.

“ Yaxın qonşuluq və dostluq əlaqələrini qoruyub saxlamaq xətrinə Azərbaycanla bəzi məsələlərin müzakirəsindən çəkinmək məsləhətdir. Çünki həmin məsələlərin müzakirəsi dostluq münasibətlərini poza və gərginliyə səbəb ola bilər”- deyə İran rəsmisi qeyd edib.

AzVİsion.az


Teqlər:  



Xəbər lenti