Nazirdən saxta diplomlarla bağlı sərt AÇIQLAMA
AzVision.az-ın məlumatına görə, bu fikirləri təhsil naziri Mikayıl Cabbarov bildirib. Nazir hesab edir ki, hər bir sənəd saxtalaşdırıla bilər, əgər onları sənəd adlandırmaq olarsa, mülkiyyət hüququ haqqında şəhadətnamə,diplom və s . bu birbaşa olaraq təhsil sahəsinə aid olan məsələ deyil.
“Bu hallara tamamilə fərqli prizmadan yanaşılır. Bu məsələlərə baxılmalıdır, faktlar aşkarlanarkən sənədin saxta sürəti çıxarılır yaxud da, saxta sənəd qanuni kimi verilir. Təhsil Nazirliyi saxta diplom dedikdə, məhz bu məsələni nəzərdə tutur. Hər bir dövlət orqanı kimi belə hallarla rastlaşarkən istər işəgötürən, istərsə də təhsil müəssisələrinin fəaliyyətini tənzimləyən bir qurum kimi həmin fakt, məlumatları müvafiq dövlət qurumuna ötürürük. Gələcəkdə də bu prosdes davam edəcək”.
M.Cabbarov qeyd edib ki, saxta diplomlarla bağlı məsələnin ikinci tərəfi qanuni diplomların qanun pozuntuları ilə verilməsidir.
“Diplom sənəd olaraq qanunidir, dövlət tərəfindən hazırlanıb, lakin diplomun verilməsində qanun pozuntuları baş verir. Hüququ olmayan insana bu sənəd verilir. Bu birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə əlaqəlidir”.
Nazir onu da vurğulayıb ki, hər iki pozuntu ilə bağlı nazirliyin mövqeyi birmənalıdır. Gələcəkdə də belə hallar baş verərsə müvafiq tədbirlər görüləcək.
M.Cabbarov daha sonra təhsil sistemində aşkar olunan nöqsanlardan söz açıb. Bildirib ki, təhsil sistemində qanun pozuntuları baş verdiyi təqdirdə, istər Təhsil Nazirliyi, istər sə də müvafiq dövlət qurumları tərəfindən bu işlə mübarizə aparılır.
Nazir həmçinin müəllimlərin qanun çərçivəsində işə düzəlməsindən danışıb: “Bu qanunla icazə verilmiş qaydadırsa normaldır. Biz təhsil sistemində olan bu və yaxud digər mənfi hallarla kompaniya şəklində məşğul olmuruq. Ümumilikdə təhsil sisteminin mövcud qanunvericiliyi çərçivəsində fəaliyyət göstəririk və qanunun təkmilləşrilməsinə ehtiyac varsa, o zaman müvafiq vəsadət qaldırırıq, həmin qanunvericiliyin təkmilləşdirilməsinə çalışırıq”.
Nihadə Eyyubova







Vaxtında, Aydın, Lazımlı!


