“Bilirdim məni çıxaracaqlar” – AXCP-dən qovulan xanım

“Bilirdim məni çıxaracaqlar” – AXCP-dən qovulan xanım
  13 Fevral 2014    Oxunub:1494
AXCP sədri Əli Kərimlinin əmri ilə partiya sədrinin müşaviri vəzifəsindən kənarlaşdırılan Zərifə Məhəddinova tutduğu vəzifədən çıxarılmasının səbəbini açıqlayıb.

AzVision.az-a açıqlamasında Z.Məhəddinova müşavirlikdən çıxarılacağını əvvəlcədən bildiyini deyib. Onun sözlərinə görə, partiya rəhbərliyi ilə bəzi məqamlarda fikriləri üst-üstə düşmədiyi üçün bu addımın atıldığını bildirib.

“Belə bir addımın atılacağını gözləyirdim. Bu da razı qalmadığım məqamlarla bağlı idi”.

Partiyadan çıxacağına gəlincə isə, Z.Məhəddinova hələlik AXCP-nin sıravi üzvü olduğunu qeyd edib.

Fikirlərindən dönməyəcəyini deyən Z.Məhəddinova siyasi fəaliyyətini bundan sonra da davam etdirəcəyini vurğulayıb.

Qeyd edək ki, Z.Məhəddinova 2012-cü ilin noyabr ayında AXCP sədrinin müşaviri postuna təyin edilmişdi.

Anar RÜSTƏMOV



Teqlər:  



Xəbər lenti