Onlar Azərbaycanda pulsuz təhsil alacaqlar

Onlar Azərbaycanda pulsuz təhsil alacaqlar
  14 Fevral 2014    Oxunub:1253
“İnsan alverinin qurbanı olmuş uşaqların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması təmin olunacaq”
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi aidiyyatı mərkəzi icra hakimiyyəti orqanı ilə birgə insan alverinin qurbanı olmuş uşaqların sosial müdafiəsini və məşğulluğunu təmin etmək məqsədi ilə onların ilk peşə-ixtisas təhsili müəssisələrində ödənişsiz təhsil alması və 15 yaşına çatmış uşaqların öz arzusu ilə işlə təmin olunması istiqamətində tədbirlər həyata keçirəcək.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bununla bağlı olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 fevral 2014-cü il tarixli 37 nömrəli Qərarı ilə təsdiq edilən «İnsan alverinin qurbanı olmuş uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası üzrə Proqram»ın həyata keçirilməsi ilə bağlı Tədbirlər Planında müvafiq bənd yer alıb.

2014-2016-cı illəri əhatə edən Tədbirlər Planında sözügedən uşaqların sosial reabilitasiyası və cəmiyyətə reinteqrasiyası, onların və ailələrinin problemlərinin öyrənilməsi, onlara lazımi dəstəyin göstərilməsi, qeyd olunan sahədə qanunvericiliyin təkmilləşdirilməsi, ictimaiyyətin diqqətinin insan alverinin qurbanı olmuş uşaqlara yönəldilməsi və s. istqamətlərdə tədbirlərin həyata keçirilməsi də əksini tapıb.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti