“Bələdiyyələrə təzyiqlər olur” – Arif Rəhimzadə

“Bələdiyyələrə təzyiqlər olur” – Arif Rəhimzadə
  14 Fevral 2014    Oxunub:1001
Milli Məclisin Regional məsələlər komitəsinin sədri Arif Rəhimzadə parlamentin bu gün keçirilən plenar iclasında çıxış edib.

AzVision.az-ın məlumatına görə, komitə sədri çıxışında bildirib ki, 1716 bələdiyyəyə 2013-cü ildə 5, 2milyon dotasiya nəzərdə tutulub, amma kinoçəkilişinə 6, 5 milyon manat vəsait ayrılıb:

“Mən bununla bağlı etirazlar səsləndirəndə Maliyyə Nazirliyi bildirir ki, büdcə bələdiyyələrin maliyyələşməsini boynuna götürməyib. Bəs sual yaranır ki, onlar kino çəkilişini boynuna götürüb? Mən kino sənətinin əleyhinə deyiləm. Halbuki prezidentin sərəncamı var ki, 1 yanvar 2013-cü ilinə kimi bütün bələdiyyələrin dövlət reyestrinə keçirilsin. Bunun üzərindən 1 il vaxt keçməsinə baxmayaraq, bir dənə də bələdiyyə sənəd təqdim etməyib. Bir çox hallarda bələdiyyələrə təzyiqlər olur, Ədliyyə Nazirliyinə bununla bağlı irad bildirəndə cavabları belə olur ki, onlar bu işlə məşğul deyil, inzibati nəzarətlə məşğul olur. Amma onu da deyim ki, yaxşı işləyən bələdiyyələr də var. Məsələn, Sumqayıt şəhər bələdiyyəsi. Onlar ötən il 1 milyon 280 min manatlıq layihə həyata keçirib. Təbii ki, bu layihələrin böyük bir hissəsi Nəqliyyat Nazirliyi, FHN, SOCAR-ın maliyyə hesabına başa çatıb”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti