Fazil Mustafa Siyavuş Novruzova cavab verdi

Fazil Mustafa Siyavuş Novruzova cavab verdi
  14 Fevral 2014    Oxunub:1693
“Biz bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi, həm də bələdiyyələrin fəaliyyətinə onların işlərinin necə olması ilə bağlı öz fikirlərimizi söyləyirik. Bizim ölkəmizdə belə düşünürlər ki, hər şey öz yolu ilə gedir, hər hansı bir tənqidə, hər hansı bir yanlış, neqativ halların deyilməsinə ehtiyac yoxdur. Həmkarım Siyavuş Novruzov da məsələyə münasibət bildirəndə, təəccübləndim.
AzVision.az xəbər verir ki, bunu Milli Məclisin bugünki iclasında millət vəkili Fazil Mustafa həmkarı Siyavuş Novruzovun onun ünvanına səsləndirdiyi fikirlərinə cavab verərkən deyib :

“Bəzi bizim həmkarlarımız, hansısa məmurlarımız, qrupların xidmətçisi kimi göstərməyə çalışırlar. Açığı mən bir şeyi demək istəyirəm ki, biz tənqid edirik ona görə ki, harada neqativ məsələ var, o götürülsün. Biz nəyi deyirik? Binaların bu qədər üzlük çəkilib, bu vəziyyətə gətirilməsini deyirik.

Spikerin müavini Ziyafət Əsgərov F.Mustafanın sözünü kəsərək, deyib ki, məsələnin mahiyyəti barədə danışsın. Fazil Mustafa da bildirib ki, o mahiyyət üzrə danışır və onun çıxışını axıra qədər dinləsin və iradını bildirsin.

Daha sonra çıxışına davam edən Fazil Mustafa qeyd edib ki,insanlar başa düşməlidir ki, tənqid dövlətin xeyrinədir:

“Birbaşa prezidentin çağırışı odur ki, göstərin harada hansı problemlər var, biz həll edək. Ona görə də biz deyirik ki, Allahsız formada nəyinsə dağıdılması adamyeyənlikdir. Adamyeyənlərin təmsilçisi kimi, onları müdafiəçisi kimi çıxış edənləri görəndə təəccüblənirəm. Və bu bir ənənəyə çevrilib. Bunu bu formada təhlil etmək çox yersizdir.

İkinci olaraq, mən bələdiyyələrin statusunun qaldırılmasından danışmaq istəyirəm. Necə qaldıra bilərik onların statusunu? Bunun üçün birinci Bakı, Gəncə, Sumqayıtda birbaşa bələdiyyə sədrərinin seçilməsi həll olunmalıdır, əhalinin bələdiyyə institusuna seçki formasında qatılmasını artıq təmin etməliyik.

JEK-lərin ləğv olunub bələdiyyələrin səlahiyyətlərinə verilməsinə münasibət bildirən Fazil Mustafa qeyd edib ki, bu çox yaxşı qərardır.

AzVision.az


Teqlər:  





Xəbər lenti