“Xədicə İsmayıl iftira atır” – Müsavatdan CAVAB

“Xədicə İsmayıl iftira atır” – Müsavatdan CAVAB
  14 Fevral 2014    Oxunub:1331
“Amerika kəşfiyyatçılarına təqdim olunan bu siyahı Müsavat partiyası və ona qarşı kampaniyanın tərkib hissəsidir”.
Bu fikirləri Azvision.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Tural Abbaslı jurnalist Xədicə İsmayılovanın Amerika kəşfiyyatçılarına təqdim etdiyi məşhur siyahıya münasibət bildirərkən deyib.

T.Abbaslı qeyd edib ki, bu məsələ Müsavata qarşı iftira, böhtan xarakteri daşıyır.

“Bunu biz təsadüfi hesab etmirik. Bu tezislər artıq uzun zamandır ki, dövriyyəyə buraxılıb, bu Müsavatı gözdənsalama kampaniyasının tərkib hissəsidir. Fikir verdinizsə, orada səslənən tezislərin heç biri yeni deyildi. Hamısı əsaslandırılmamış, əvvəlki köhnə iftiralar idi ki, yeni formatda təqdim olundu. Və bu yazıya da onun tərkib hissəsi kimi baxıram. Təbii ki, orada adları sadalanan siyahını kimə verir və yaxud da görüşlərdə kim iştirak edib, onlar da məsələyə aydınlıq gətirsəydi daha yaxşı olardı. Biz də bilərdik ki, nə nədir. Belə getsə hərə özünün hansı cəbhədə olduğunu və hansı amallara xidmət etdiyini açıq göstərir”.

Müsavat funksioneri həmçinin siyahıda AXCP rəhbərinin adının hallanmamasına da münasibət bildirib:

“Bu məsələyə mən münasibət bildirməyim. Yəni bunu Xədicə xanım olsun və yaxud da ki, digər iştirak edən insanlar olsun , onlara ünvanlasanız daha məqsədəuyğun olar. Yəni mən bilmirəm axı, bu siyahını hazırlayanın məqsədi nə olub, hansı məqsədə edib. Niyə kiminsə adları xüsusi qabardılıb, kimlərinsə ümumi deyilib, kimlərinsə adı ümumiyyətlə deyilməyib”- deyə T.Abbaslı bildirib.

Şahanə RƏHİMLİ


Teqlər:  



Xəbər lenti