Müxalifətdə “casus” qalmaqalı - VİDEO

Müxalifətdə “casus” qalmaqalı - VİDEO
  14 Fevral 2014    Oxunub:1569
Araşdırmaçı jurnalist Eynulla Fətullayev ictimaiyyəti tələtümə sala biləcək siyahı təqdim edib. Amerika kəşfiyyatı və xüsusi xidmət orqanlarına ötürülən siyahıda hakimiyyətlə əlaqələr quran, onlarla əməkdaşlıq edən müxalifət və vətəndaş cəmiyyəti təmsilçilərinin adları var. Jurnalist Xədicə İsmayıl tərəfindən Vaşinqtona ötürülən siyahını araşdırmaçı jurnalist Eynulla Fətullayev əldə edib.

Bu siyahını Amerika Birləşmiş Ştatlarının xüsusi xidmət orqanlarına ötürməkdə hallanan jurnalist Xədicə İsmayıl isə müsahibə verməsə də məsələyə sosial şəbəkə vasitəsi ilə aydınlıq gətirib. Və yazını yazanı “debil” adlandırıb. Lakin bununla belə Xədicə deyib ki, iki həftə əvvəl ABŞ Senatının iki əməkdaşı ilə restoranda bir masa arxasında fikir mübadiləsi apardığını gizlətməyib. O həmçinin məsələyə tam aydınlığı məhkəmə müstəvisində gətirə biləcəyini açıqlayıb.

Araşdırmaçı jurnalist, Eynulla Fətullayev: “Xədicə İsmayılova ümumiyyətlə görüşdə iştirak edən digər Azərbaycan nümayəndələri ilə bu görüşün mövcudluğunu inkar etmir. Görüş keçirilib. Xədicə İsmayılova özü də bunu etiraf edib. Bu şəxslər məxfi orqanların əməkdaşlarıdır. Xədicə İsmayılovada özü görüşdə müzakirələrdən sonra bu şəxslərə siyahı təqdim edib. Həmin siyahıda Azərbaycanın ən tanınmış simalarından ibarətdir. O simaları ki, Xədicə ismayılovanın təqdimatında Azərbaycan hökumətinin və ya digər mərkəzləri ilə əməkdaşlıq edirlər”.

Qalmaqallı siyahıda adı yer alan "Turan" informasiya agentliyinin rəhbəri, Milli Şuranın üzvü Mehman Əliyev bu məlumatları doğru hesab etməsə də, hakimiyyətlə əlaqə qurmaqda vasitəçilik edən iş adamını tanıdığını, onunla müəyyən münasibətinin olduğunu deyib. (Ans)





Teqlər:





Xəbər lenti