Məhbusların saxlanma şəraiti yoxlanıldı

Məhbusların saxlanma şəraiti yoxlanıldı
  14 Fevral 2014    Oxunub:1443
Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 17 saylı cəzaçəkmə müəssisəsinə qısamüddətli başçəkmə həyata keçiriblər. Ombudsman Aparatının mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, başçəkmə zamanı bu müəssisədə cəza çəkən bir sıra məhkumlar, o cümlədən Hilal Məmmədov (“Tolışi sədo” qəzetinin baş redaktoru) qəbul edilib, onlara hüquqları, daxili rejim qaydaları və Ombudsmanın səlahiyyətləri izah olunub.

Ombudsmanın nümayəndələri 17 saylı cəzaçəkmə müəssisəsinin cərimə təcridxanasında saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti də öyrəniblər.

Cəzaçəkmə müəssisəsinin tibb-sanitar hissəsində hazırda əsaslı təmir işlərinin davam etdirildiyi, palataların sayının artırıldığı, yeni stomatoloji kabinetin tikildiyi müəyyənləşdirilib.

Başçəkmə zamanı MPQ üzvlərinin tövsiyəsindən sonra müəssisə rəhbərliyi ilə karantində olan sanitar qovşaqların sayının artırılması razılaşdırılıb.

Məhkumların qaldırdığı məsələlər müəssisə rəhbərliyinin diqqətinə çatdırılıb və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı həmin müəssisənin rəhbərliyinə digər tövsiyələr də verilib.



Teqlər:  





Xəbər lenti