Arzu Səmədbəyli başqan olmaq istəyir? - AÇIQLAMA

Arzu Səmədbəyli başqan olmaq istəyir? - AÇIQLAMA
  14 Fevral 2014    Oxunub:2017
“Mən bundan əvvəl də demişəm ki, başqanlığa namizədliyə start veriləndən sonra mövqeyimi açıqlayacam”.
Bunu AzVision.az-a açıqlamasında Müsavat partiyasının Ali Məclisinin sədri Arzu Səmədbəyli partiyanın qurultayında baş tutacaq başqanlıq seçimlərindən danışarkən deyib. O vurğulayıb ki, hələ ki, qurulatay üçün yer ayrılmadığından başqanlıq sçeimləri ilə bağlı dəqiq bir söz demək mümkün deyil.

İsa Qəmbərin yenidən başqan olacağına gəlincə, A.Səmədbəyli bildirib ki, namizədliyini irəli sürməyəcək və partiyanın nizamnaməsi yerinə yetirilməlidir.

Qeyd edək ki, Müsavat Partiyasının VIII qurultayının may 24-də keçirilməsi planlaşdırılır. Partiya bununla bağlı yer ayırılması üçün fevralın 11-i Bakı şəhər İcra Hakimiyyətinə müraciət edib.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti