İlham Əliyev serbiyalı həmkarını təbrik etdi

İlham Əliyev serbiyalı həmkarını təbrik etdi
  14 Fevral 2014    Oxunub:1676
Azərbaycan prezidenti İlham Əliyev serbiyalı həmkarı Tomislav Nikoliçə təbrik məktubu göndərib.
AzVision.az xəbər verir ki, təbrikdə deyilir: “Serbiya Respublikasının milli bayramı münasibətilə Sizi və xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Ümidvaram ki, Azərbaycan-Serbiya əlaqələri, ölkələrimiz arasındakı dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq bundan sonra da inkişaf edəcək və genişlənəcək.

Bu xoş gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Serbiya xalqına əmin-amanlıq və firavanlıq diləyirəm”.


Teqlər:  



Xəbər lenti