Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı
  14 Fevral 2014    Oxunub:871
Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyası”nın təsdiq edilməsi haqqında sərəncam imzalayıb.

AzVision.az xəbər verir ki, Azərbaycan mədəniyyətinin inkişafını, daxili və xarici təhdidlərdən qorunmasını, dünya mədəniyyətinə uğurlu inteqrasiyasını, mədəniyyət sahəsində insan və vətəndaş hüquq və azadlıqlarını təmin etmək məqsədilə imzalanan sərəncamda Nazirlər Kabinetinə tapşırılıb ki, Konsepsiyanın həyata keçirilməsi üzrə dövlət proqramlarının layihələrini altı ay müddətində hazırlayıb Azərbaycan prezidentinə təqdim etsin, Konsepsiyanın icrasının gedişi barədə hər il üzrə hesabatı növbəti ilin 1 mart tarixinədək Azərbaycan prezidentinə təqdim etsin.


Teqlər:





Xəbər lenti