İlham Əliyev Türkiyəyə gedəcək

İlham Əliyev Türkiyəyə gedəcək
  15 Fevral 2014    Oxunub:1364
Türkiyə prezidenti İlham Əliyevi Bodrumda görüşə çağırıb

Türkiyə prezidenti Abdulla Gül azərbaycanlı həmkarı İlham Əliyev, Qırğızıstan prezidenti Almazbek Atambayev və Qazaxıstan prezidenti Nursultan Nazarbayevi Türkiyəyə dəvət edib.

AzVision.az-ın məlumatına görə, prezident həmkarlarına zəng edərək onları Türkiyənin Bodrum şəhərində keçiriləcək IV Türk Şurası Sammitinə dəvət edib.

Türkiyə mətbuatının yazdığına görə, Prezidentlər Abdulla Gülün dəvətini qəbul edərək sammitdə iştirak edəcəklərini bildiriblər.

Qeyd edək ki, sammitin hələlik vaxtı açıqlanmayıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti