İlham Əliyev təbrik etdi

İlham Əliyev təbrik etdi
  15 Fevral 2014    Oxunub:1840
İlham Əliyev Liviya Dövləti Ümummilli Konqresinin Sədrini təbrik edib.
AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Liviya Dövləti Ümummilli Konqresinin Sədri Nuri Əli Əbu Səhmeynə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Liviya Dövlətinin milli bayramı münasibətilə Sizə və xalqınıza təbriklərimi yetirirəm.

Ümidvaram ki, Azərbaycan ilə Liviya arasındakı münasibətlər daim dostluq və əməkdaşlıq ruhunda inkişaf edəcəkdir.
Sizə ən xoş arzularımı yetirir, dost Liviya xalqına sülh və firavanlıq diləyirəm".

***

İlham Əliyev Litva Prezidentini təbrik edib.

AzVision.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Litva Prezidenti xanım Dalya Qribauskayteyə təbrik məktubu ünvanlayıb.

Təbrikdə deyilir: "Litva Respublikasının milli bayramı münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından ürəkdən təbrik edirəm.

Azərbaycan-Litva münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur. İnanıram ki, dostluq əlaqələrimizin möhkəmləndirilməsi, ikitərəfli və çoxtərəfli qaydada əməkdaşlığımızın dərinləşdirilməsi istiqamətində bundan sonra da birgə səylər göstərəcəyik.

Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Litva xalqına daim əmin-amanlıq və firavanlıq arzulayıram".


Teqlər:  





Xəbər lenti