Cəbhədə vəziyyət gərgin olaraq qalır

Cəbhədə vəziyyət gərgin olaraq qalır
  16 Fevral 2014    Oxunub:1523
Erməni silahlı bölmələri mövqelərimizi atəşə tutub.
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 13 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və ötən gecə Füzuli rayonunun Horadiz şəhəri, Qaraxanbəyli, Ağdam rayonunun Yusifcanlı, Şuraabad, Baş Qərvənd, Tərtər rayonunun Göyarx, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.


Teqlər:





Xəbər lenti