Ordumuz əleyhinə kampaniyalara RƏSMİ cavab

Ordumuz əleyhinə kampaniyalara RƏSMİ cavab
  16 Fevral 2014    Oxunub:1964
Müdafiə Nazirliyindən Silahlı Qüvvələrin əleyinə yönəlmiş kampaniyalar barəsində açıqlama verilib. Nazirliyin mətbuat xidmətindən AzVision.az-a bildiriblər ki, Azərbaycan ordusuna qarşı hər hansı kampaniyadan belə söhbət gedə bilməz: “Ordu hamımızın güvənc yeri, qürur mənbəyidir”,- deyə Nazirliyin mətbuat xidmətindən göndərilən məlumatda qeyd olub.

Xatırladaq ki, bir neçə gün öncə bir sıra dünya KİV-lərində “Azərbaycan tanklarını cəbhə xəttinə yığır” kimi yazılar dərc olunub. Həmin vaxt Müdafiə Nazirliyi məsələyə aydınlıq gətirərək bunları təkzib etmişdi.

Nazirliyin mətbuat xidmətindən bildirilmişdi ki, bu fikirlər həqiqətə uyğun deyil: “Tanklarının cəbhə bölgəsinə doğru irəliləməsi barədə yayılan informasiyalar yanlışdır”,- deyə Nazirlikdən göndərilən məlumatda vurğulanmışdı. Məsələ o zaman bir sıra yerli ekspertlər tərəfindən Azərbaycan silahlı qüvvələrinə qarşı yönəldilmiş kampaniya kimi dəyərləndirildi. Lakin Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti bunları kampaniya kimi yox, qeyri-səhih jurnalistika məhsulu kimi dəyərləndirir.


Teqlər:





Xəbər lenti