Azərbaycan Ordusu zabitini itirdi

Azərbaycan Ordusu zabitini itirdi
  16 Fevral 2014    Oxunub:1707
Azərbaycan Ordusunun zabiti xəstəlikdən vəfat edib.
AzVision.az APA- ya istinadən xəbər verir ki, hadisə fevralın 15-də Silahlı Qüvvələrin Baş Klinik Hərbi Hospitalında qeydə alınıb. Azərbaycan Silahlı Qüvvələrinin zabiti, 1969-cu il təvəllüdlü, mayor Rəhimov Bəkir Əvəz oğlu müalicə aldığı hospitalda xəstəlikdən dünyasını dəyişib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Müdafiə Nazirliyi mərhumun yaxınlarına dərin hüznlə baş sağlığı verib və səbir diləyib.


Teqlər:





Xəbər lenti