Sələfilərə xəbərdarlıq edilib

Sələfilərə xəbərdarlıq edilib
  17 Fevral 2014    Oxunub:1422
Son günlər Suriya məsələsinin gündəmə gəlməsindən sonra bölgələrdə sələfi məzhəbinin nümayəndələrinə (onlar ictimaiyyət arasında “vəhabi” və ya “saqqallılar” deyə təqdim olunur – red) qarşı polis nəzarəti gücləndirilib.

Paytaxt Bakı ilə yanaşı rayonlarda, xüsusən ölkənin şimal, şimal-qərb bölgəsində “saqqallılar” hüquq- mühafizə orqanlarının nəzarətinə götürülüb.

AzVision.az-a daxil olan məlumata görə, artıq İsmayıllı, Zaqatala, Balakən, Qusar və digər rayonlarda polis tərəfindən onlara ciddi xəbərdarlıq edilib.

Yerli sakinlərin bildirdiyinə görə, polis əməkdaşları onlarla söhbət edərək həmiş şəxsləri Suriyaya getməməyə, saqqallarını qırxmağa, radikal qruplara qoşulmamağa çağırıb.

Bildirilib ki, onların ibarət etdiyi məscidlər, görüşdükləri yerlər, dini mağazalar nəzarət altındadır.

Qeyd edək ki, təkcə bölgələrdə deyil, paytaxt Bakıda da məscidlər son günlər ciddi polis nəzarətindədir.

Anar Rüstəmov



Teqlər:  





Xəbər lenti