Ermənistan “Olimpiya sülhü”nü yenə pozdu

Ermənistan “Olimpiya sülhü”nü yenə pozdu
  17 Fevral 2014    Oxunub:1058
Cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimi ümumilikdə 14 dəfə pozulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, erməni silahlı bölmələri dünən və bu gecə Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli, Ağdam rayonunun Mərzili, Yusifcanlı, Tərtər rayonunun Göyarx, Qızıl Oba, Xocavənd rayonunun Kuropatkino kəndləri yaxınlığında və Cəbrayıl rayonunun ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqelərini atəşə tutublar.

Düşmən cavab atəşi ilə susdurulub.

AzVision.az


Teqlər:  





Xəbər lenti