Səlim Müslümov şikayətçilərlə görüşəcək

Səlim Müslümov şikayətçilərlə görüşəcək
  17 Fevral 2014    Oxunub:1256
Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov növbəti vətəndaş qəbulunu Sumqayıt şəhərində keçirəcək
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, fevralın 21-də saat 10:00-da Azərbaycan Respublikası əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov Nazirliyin Sumqayıt şəhər Əhalinin sosial müdafiəsi mərkəzinin inzibati binasında bu şəhərin, eləcə də Qubadlı, Abşeron, Xızı rayonlarının sakinləri üçün qəbul keçirəcək.

Vətəndaşlar qəbula yazılmaq üçün [email protected] elektron poçt ünvanı, habelə aşağıdakı telefon nömrələri ilə əlaqə saxlaya bilərlər:

Nazirliyin Aparatında: (012) 596 44 07;
Sumqayıt şəhər ƏSMM-də: (018) 642-20-63;
Qubadlı rayon ƏSMM-də: (018) 654-47-91;
Abşeron rayon ƏSMM-də: (012) 342-11-82;
Xızı rayon ƏSMM-də: (023) 315-02-18.

Abşeron və Xızı rayonlarından qəbula yazılmış vətəndaşların həmin rayonların Əhalinin sosial müdafiəsi mərkəzlərinin (ƏSMM) inzibati binalarının qarşısından xüsusi ayrılmış nəqliyyatla Sumqayıt şəhərinə aparılıb gətirilmələri təmin ediləcək.


Teqlər:





Xəbər lenti