Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə açıqlama

 Müdafiə Nazirliyindən kadr dəyişikliyi barədə açıqlama
  17 Fevral 2014    Oxunub:1678
Müdafiə Nazirliyi Silahlı Qüvvələrdə xidmət etmiş hərbi qulluqçuların tutduqları vəzifələrdən kənarlaşdırılması ilə bağlı açıqlama verib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən anspress-ə verilən məlumata görə, Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi müdafiə sisteminin və idarəetməninin təkmilləşdirilməsinə yönəlib:

“Azərbaycan Respublikası Silahlı Qüvvələrində həyata keçirilən islahatlar, kadr və struktur dəyişikliyi döyüş hazırlığının daha da yüksəldilməsinə imkan yaradıb”.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən hərbi qulluqçuların yer dəyişmələri məsələsinə də aydınlıq gətirilib: “Müdafiə Nazirliyinin strukturundakı hərbi qulluqçuların yerdəyişmələri xidmət illəri, yaş həddi, uzun müddət eyni vəzifədə qalma nəzərə alınmaqla rotasiya qaydasında həyata keçirilir”.


Teqlər:





Xəbər lenti