DİN-dən `saqqallılar`la bağlı rəsmi AÇIQLAMA

DİN-dən `saqqallılar`la bağlı rəsmi AÇIQLAMA
  17 Fevral 2014    Oxunub:1556
Daxili İşlər Nazirliyi (DİN) bölgələrdə sələfi təriqətinin nümayəndələrinə hüquq-mühafizə orqanları tərəfindən nəzarətin gücləndirilməsi ilə bağlı saytımızın yaydığı məlumata rəsmi münasibət bildirib.

DİN-in mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov AzVision.az-a açıqlamasında bildirib ki, Daxili İşlər orqanları digər hüquq mühafizə orqanları ilə birlikdə qanunla müəyyən olunmuş vəzifələri icra edirlər.

“Ölkə ərazisində ictimai asayişi və ictimai təhlükəsizliyi təmin edir, baş verə biləcək cinayətlərin qarşısını almaq üçün lazımi tədbirləri həyata keçirir, kriminogen durumu fasiləsiz olaraq nəzarətdə saxlayır. Bütün bunların hamısı vətəndaşlarımızın təhlükəsizliyini təmin etmək üçün görülən zəruri işlərdir”.

Qeyd edək ki, Son günlər Suriya məsələsinin gündəmə gəlməsindən sonra bölgələrdə sələfi məzhəbinin nümayəndələrinə (onlar ictimaiyyət arasında “vəhabi” və ya “saqqallılar” deyə təqdim olunur – red) qarşı polis nəzarəti gücləndirilib.

Paytaxt Bakı ilə yanaşı rayonlarda, xüsusən ölkənin şimal, şimal-qərb bölgəsində “saqqallılar” hüquq- mühafizə orqanlarının nəzarətinə götürülüb.

Mirvari Nəcəf



Teqlər:  





Xəbər lenti