İTV Novruz şənliklərini qadağan edir?

İTV Novruz şənliklərini qadağan edir?
  17 Fevral 2014    Oxunub:1093
“Novruz bayramında İctimai Televiziyada geniş proqram nəzərdə tutulub”.
Bunu AzVision.az-a açıqlamasında İctimai Televiziya və Radio Yayımları Şirkətinin məbuat xidmətinin rəhbəri Teymur Abdullayev deyib.

“Novruz bayramında İctimai Televiziyada geniş proqram nəzərdə tutulub. Vaxtı çatanda hamı bunun şahidi olacaq”-deyə, İTV rəsmisi əlavə edib.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan məlumata görə, bu il telekanal Novruz bayramında və çərşənbə axşamlarına həsr olunan və canlı olaraq yayımlanan verilişlər bağlanıb.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti