Orduda mülki heyətin sayı artırılır

Orduda mülki heyətin sayı artırılır
  17 Fevral 2014    Oxunub:1231
Azərbaycan Silahlı Qüvvələrində mülki heyətin sayı artırılır. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlikdən bildirilib ki, hazırda Müdafiə Nazirliyinin hərbi birləşmələrində bir sıra xidmət və vəzifələr mülki işçilərə həvalə olunur.

«Bura təsərrüfat işləri, kargüzarlıq, bəzi obyektlərin mühafizə və sair daxildir», - deyə nazirlikdən qeyd olunub.

Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən, hərbi hissələrdə mülki işçilərin işə götürülməsi prosesi aparılır. Mərhələli şəkildə hərbi hissələrdə aşpaz və qulluqetmə ilə bağlı işlərin tam olaraq mülki işçilərə həvalə edilməsi planlaşdırılır.



Teqlər:  





Xəbər lenti