Əli Əliyev Eldar Namazovu debata çağırdı

Əli Əliyev Eldar Namazovu debata çağırdı
  17 Fevral 2014    Oxunub:1427
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev “El” hərəkatının sədri Eldar Namazovu debata çağırıb.
AzVision.az-a xəbər verir ki, partiyanın mətbuat xidmətinin yaydığı məlumata görə, bu təklif Eldar anmazovun adı çəkilən partiya haqqında səsləndirdiyi fikirlərlə bağlıdır:

““El” hərəkatı adlanan qurumun sədri Eldar Namazov son dövrlər mətbuata verdiyi bəzi açıqlamalarnda Vətəndaş və İnkişaf Partiyasının (VİP) fəaliyyəti, o cümlədən, VİP sədri Əli Əliyev haqqında həqiqətə uyğun olmayan əsassız fikirlər səsləndirib.

VİP təmsilçilərinin E.Namazovun böhtan xarakterli həmin fikirlərinə tutarlı cavab vermələrinə və ondan Ə.Əliyevə yönəlik ittihamlarını isbatlamağı tələb etmələrinə baxmayaraq, həmin şəxs bu məsələdə hələ ki susur. Hətta bəzi media orqanları tərəflər arasında səngiməyən mübahisələrə aydınlıq gətirilməsi üçün Əli Əliyev və Eldar Namazov arasında debatın təşkil olunması təşəbbüsünü irəli sürsələr də, “El” hərəkatının sədri bu təklifləri qəbul etməkdən anlaşılmaz tərzdə boyun qaçırır”.

Partiya rəhbərliyi debatın təşkil olunması üçün yenidən təşəbbüs irəli sürüb və “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğluna müraciət edib. Müraciətdə adıçəkilən nəşrin redaksiyasında Əli Əliyev və Eldar Namazov arasında debatın təşkilinə şərait yaradılması xahiş edilib.

Fatimə Kərimli


Teqlər:





Xəbər lenti