DİN bir gündə 20 nəfəri həbs etdi

DİN bir gündə 20 nəfəri həbs etdi
  17 Fevral 2014    Oxunub:1156
Daxili İşlər Nazirliyi ötən gün baş verən cinayət hadisələrinin statistikasını açıqlayıb.

AzVision.az qurumun rəsmi saytına istinadən xəbər verir ki, məlumata görə, Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 47 cinayət faktı qeydə alınıb, onların da 18-i “isti izlər”lə açılıb.

Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə axtarılan 3 nəfər tutularaq istintaq orqanlarına təhvil verilib.

Respublikanın avtomobil yollarında 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 3 nəfər ölüb, 6 nəfər yaralanıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 5, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətdiklərinə görə 20 nəfər tutulub.


Teqlər:  





Xəbər lenti