Rusiyada İbrahimbəyova qadağa qoyuldu

Rusiyada İbrahimbəyova qadağa qoyuldu
  17 Fevral 2014    Oxunub:889
Moskvanın mərkəzində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi dayandırılıb.
AzVision.az rus KİV-lərinə istinadən xəbər verir ki, Moskva Şəhərsalma-Torpaq komissiyası Tver-Yamsk-3 küçəsində tikilməli olan Azərbaycan Mədəniyyət Mərkəzinin tikinitisini ləğv edib. Sahəsi 7 min 24 kvadrat metr olacaq mərkəzin 2010-cu ilin sonlarında tikilib istifadəyə verilməsi gözlənilirdi.

“Torpaq sahəsinin alınması barədə razılıq 2003-cü ildə əldə olunmuşdu. Obyekt 2010-cu ildə istifadəyə verilməli idi. Sahənin 0,1 hektarı bu günə qədər istifadəsiz qalıb”-deyə komissiya açıqlamasında vurğulayıb.

Layihənin investorları mədəniyyət mərkəzinin tərkibinə inzibati binaların yerləşdirilməsi nəzərdə tutulurdu. Lakin Moskva rəhbərliyi şəhərin mərkəzi üçün inkişaf prioritetlərini dəyişmək qərarına gəlib. Yeni inzibati binaların tikintisi məqsədəuyğun sayılmayıb və onların yerinə yaşayış binaları və sosial obyektlər yerləşəcək.

Yerli sakinlər də bu obyektin tikintisinə qarşı çıxırdılar. Onların fikrincə, inşaat işləri şəhərin mərkəzində nəqliyyat problemlərini artıracaq və ağacların sayı isə azalacaq.

“Torpaq sahəsinin uzun müddətdir ki, mənimsənilməməsi və yerli sakinlərin layihəyə qarşı çıxmalarını nəzərə alaraq investisiya layihəsinin dayandırılması barədə qərar qəbul olunub. Gələcəkdə bu ərazilər yaşıllı və istirahət guşəsi kimi istifadə olunacaq” –deyə Moskva Şəhərsalma-Torpaq komissiyası rəsmi açıqlamasında bildirib.

APA-nın Moskva müxbirinin əldə etdiyi məlumata görə, 3-cü Tverskaya-Yamskya küçəsində Azərbaycan Mədəniyyət Mərkəzinin tikintisi Rüstəm İbrahimbəyov və Azərbaycanda olan bir bank tərəfindən həyata keçirilməli imiş. Lakin maddi vəsait olmadığından? tikinti başlamadan yarımçıq qalıb.

Vüqar İsmayılov


Teqlər:  





Xəbər lenti