Oqtay Əsədov sabah İrana gedir

Oqtay Əsədov sabah İrana gedir
  17 Fevral 2014    Oxunub:1389
Fevralın 18-də Milli Məclisin Sədri Oqtay Əsədovun başçılığı ilə parlament nümayəndə heyəti İslam Əməkdaşlığı Təşkilatına üzv dövlətlərin Parlament İttifaqı Konfransının 9-cu sessiyasında iştirak etmək üçün İran İslam Respublikasına səfər edəcək.
Milli Məclisin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, nümayəndə heyətinin tərkibinə Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov, parlament Aparatının rəhbəri Səfa Mirzəyev və digər rəsmi şəxslər daxildirlər.

Tehranda keçiriləcək İƏT Parlament İttifaqı Konfransının növbəti sessiyasında qurumun daimi komitələrinin qətnamələri təsdiq olunacaq, təşkilata üzv dövlətlər arasında əməkdaşlığın bu günü və gələcək inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılacaq, bir sıra təşkilatı məsələlərə baxılacaq. Sessiyada parlament nümayəndə heyətləri başçılarının çıxışları nəzərdə tutulmuşdur.

Əvvəlcədən xəbər verildiyi kimi, təşkilatın daimi komitələri artıq öz işinə başlayıb. Milli Məclisin deputatları Cavanşir Paşazadə, Mirkazım Kazımov, Xanhüseyn Kazımlı bu tədbirlərdə iştirak edirlər.

Tədbir çərçivəsində Müsəlman Qadın Parlamentarlarının 3-cü konfransı və Fələstinə dair daimi komitənin növbəti iclası keçiriləcəkdir.

Səfər zamanı Milli Məclisin Sədri Oqtay Əsədovun sessiyada iştirak edən nümayəndə heyətlərinin rəhbərləri ilə bir sıra görüşləri nəzərdə tutulub.

Anar RÜSTƏMOV


Teqlər:  





Xəbər lenti