Serbiya ilə hərbi saziş imzalandı

Serbiya ilə hərbi saziş imzalandı
  18 Fevral 2014    Oxunub:1429
Azərbaycan ilə Serbiya arasında müdafiə sahəsində əməkdaşlıq haqqında saziş imzalandı.
AzVision.az.az Milli.az-a istinadən xəbər verir ki, bu gün Serbiyada rəsmi səfərdə olan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov Belqrad şəhərində Serbiyanın müdafiə naziriNeboyşa Rodiçlə görüşüb.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Serbiya Müdafiə Nazirliyində keçirilən görüşdən sonra nazirlər "Azərbaycan Respublikası hökuməti və Serbiya Respublikası hökuməti arasında müdafiə sahəsində əməkdaşlıq haqqında Saziş"i imzalayıblar.


Teqlər:





Xəbər lenti