Baş prokurorluq Xədicə İsmayılla bağlı göstəriş verdi

Baş prokurorluq Xədicə İsmayılla bağlı göstəriş verdi
  18 Fevral 2014    Oxunub:1483
Eldar Sultanov: "Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib".

Baş Prokurorluq Azadlıq Radiosunun əməkdaşı Xədicə İsmayılovanın qalmaqallı "casus siyahısı" ilə bağlı məsələyə aydınlıq gətirib.

AzVision.az xəbər verir ki, bunu Trend-in sorğusuna cavab olaraq Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanov bildirib: "Bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi "Facebook" səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib".


Teqlər:  





Xəbər lenti