“Şikayətlənmək lazım deyil” - Gülər Əhmədovanın oğlu

“Şikayətlənmək lazım deyil” - Gülər Əhmədovanın oğlu
  18 Fevral 2014    Oxunub:1771
Həbsdə olan sabiq deputat Gülər Əhmədova ailəsi ilə görüşə bilmir. Vəkil Əfsər Talıbovun bildirdiyinə görə, eks-deputatın əsgərlikdən qayıdan oğlu Toğrul Əhmədov da anasi ilə görüşmək istəsə də ona icazə verilmir. Bununla bağlı eks-deputatın ailəsi məhkəməyə müraciət edib.

Yenicə hərbi xidmətdən qayıdan T.Əhmədovla maraqlandıq. Keçmiş deputatın oğlunun hazırda işsiz olduğu bildirilir. O gününün əksər vaxtını sosial şəbəkələrdə keçirir, idmanla məşğul olur.

T.Əhmədov sosial şəbəkələrdə ailəsi və eləcə də anası haqda deyilənlərə fikir bildirib. O, açıq şəkildə ad çəkməsə də mesajının birbaşa ailə məsələlərinə aid olduğu qeyd edilir.

“Bizimlə necə rəftar edirlərsə, biz də elə rəftar edirik. Və sonra şikayətlənmək lazım deyil”.

T.Əhmədov digər statusunda isə qeyd edib: “Kişi həmişə haqlıdır. Əgər sizə elə gəlirsə ki, o haqlı deyil, deməli o sizin kişiniz deyil!”.

Qeyd edək ki, T.Əhmədov hərbi xidmətdən öncə Maliyyə Nazirliyində çalışırdı.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti