Azərbaycanda əsgər əsgəri güllələdi

Azərbaycanda əsgər əsgəri güllələdi
  18 Fevral 2014    Oxunub:1467
Azərbaycan Ordusunun əsgəri xidməti yoldaşını güllələyib.
AzVision.az apa-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Gəncədə yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.

Hərbi hissənin əsgəri, 21 yaşlı Rafael Şükürlünün tabeliyindəki avtomat silahdan təhlükəsizlik qaydalarının pozulması nəticəsində atəş açılıb. Güllə onun əsgər yoldaşı, 20 yaşlı Nəcəfqulu Quliyevə dəyib. Ayağından güllə yarası alan əsgər hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidməti də faktı təsdiqləyib.


Teqlər:  





Xəbər lenti