Sabah qar yağacaq

Sabah qar yağacaq
  18 Fevral 2014    Oxunub:1034
Sabaha olan hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyindən AzVision.az-a verilən məlumata görə, fevralın 19-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı, günün ikinci yarısında dəyişkən buludlu olacağı gözlənilir. Şimal-qərb, şimal küləyi əsəcək, gecə və səhər arabir güclənəcək, axşama doğru nisbətən mülayimləşəcək.

Havanın temperaturunun gecə və gündüz 2-6 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda da fevralın 19-da hava şəraitinin arabir yağıntılı keçəcəyi, dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 2 dərəcə şaxtandan 3 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 0-5 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacağı gözlənilir.


Teqlər:  



Xəbər lenti