Xədicə İsmayılova prokurorluğa çağırıldı

Xədicə İsmayılova prokurorluğa çağırıldı
  18 Fevral 2014    Oxunub:1438
Qalmaqallı “Casus siyahısı” ilə gündəmə gələn jurnalist Xədicə İsmayılova Baş Prokurorluğa çağırılıb.

AzVision.az-ın məlumatına görə, jurnalist bu barədə facebook səhifəsində bildirib. O qeyd edib ki, artıq Baş Prokurorluqda Cinayət Məcəlləsinin 284-cü (Dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb. X.İsmayılova şahid qismində ifadə vermək üçün çağırıldığını vurğulayıb.

Qeyd edək ki, ABŞ kəşfiyyatına işlədiyi iddia edilən jurnalist Xədicə İsmayılova özünün facebook səhifəsində müxalifətin “casus siyahısı” ilə bağlı sensasion sənəd yerləşdirib. Xədicə İsmayılovanın yazdığına görə mətbuatda böyük qalmaqala səbəb olan siyahı ona 2011-ci ildə MNT-in hansısa keçmiş işçisi tərəfindən ötürülüb.

AzVision.az



Teqlər:  



Xəbər lenti