Oqtay Əsədov Ruhani ilə görüşüb

Oqtay Əsədov Ruhani ilə görüşüb
  18 Fevral 2014    Oxunub:1727
Azərbaycan Milli Məclisin sədri Oqtay Əsədov bu gün Tehranda İran Prezidenti Həsən Ruhani ilə görüşüb.
Trend-in məlumatına görə, bu barədə İSNA agentliyi xəbər verir.

Məlumata əsasən, Tehranda keçirilən İslam Əməkdaşlıq Təşkilatının İslam Parlamentlərarası Birliyinin (İİPU) 9-cu iclası çərçivəsində baş tutan görüşdə İran və Azərbaycan arasında ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, regional və beynəlxalq məsələlər müzakirə olunub.

Qeyd edək ki, İslam Əməkdaşlıq Təşkilatın İslam Parlamentlərarası Birliyinin (İİPU) rəhbərlərinin 9-cu iclası bu gün səhər Tehranda öz işinə başlayıb. İclas sabah başa çatacaq. İclasda 47 ölkədən nümayəndə heyəti o cümlədən 26 parlament sədri iştrak edir.

Azərbaycanı iclasda Milli Məclisin sədri Oqtay Əsədov təmsil edir.


Teqlər:  



Xəbər lenti