Baş Prokurorluqdan Xədicə İsmayılla bağlı AÇIQLAMA

Baş Prokurorluqdan Xədicə İsmayılla bağlı AÇIQLAMA
  18 Fevral 2014    Oxunub:991
Baş Prokurorluq jurnalist Xədicə İsmayılova ilə bağlı rəsmi açıqlama yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən AzVision.az-a verilən məlumatda bildirilir ki, bəzi kütləvi informasiya vasitələrində jurnalist Xədicə İsmayılovanın şəxsi “Facebook” səhifəsində 17 fevral 2014-cü il tarixdə yerləşdirdiyi Milli Təhlükəsizlik Nazirliyinin xidməti fəaliyyətinə aid olunması ehtimal edilən və dövlət və ya xidməti sirr təşkil edən sənədlərin dərc edilməsi və yayımlanması ilə əlaqədar Baş prokuror qanunvericilikdə nəzərdə tutulmuş qaydada aidiyyəti qurumlarla müvafiq araşdırmaların aparılmasına dair göstəriş verib.

Faktla bağlı Baş Prokurorluğun Ağır cinayətlərə dair işlər üzrə istintaq idarəsində Cinayət Məcəlləsinin 284.2-ci (dövlət sirrini yayma) maddəsi ilə cinayət işi başlanıb.

Cinayət işi üzrə Xədicə İsmayılova şahid qismində dindirilməsi üçün istintaqa dəvət edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti