Sələfilər Hacı Qamətə qarşı çıxdılar

Sələfilər Hacı Qamətə qarşı çıxdılar
  18 Fevral 2014    Oxunub:2395
Sələfi təriqətinin bəzi tərəfdarları “Əbu Bəkir” məscidinin imam cüməsi Hacı Qamət Süleymanovun əleyhinə çıxıblar.
AzVision.az xəbər verir ki, Suriya məsələsindən sonra Qamətlə fikirləri uzlaşmayan bəzi sələfilər şeyxi yalançılıqda suçlayıblar.

Belə ki, bir neçə gün öncə saytımız Hacı Qamətin Məhəmməd adlı köməkçisinin Əfqanıstanda öldürüldüyün bildirmişdi. Hacı Qamət isə lent.az-a açıqlamasında onun belə bir köməkçisinin olmadığını qeyd edib.

Qamət bildirib ki, Məhəmmədin ölüm xəbərini mücahidlərə aid saytlardan oxuyub: “Məhəmmədi tanıdım. 6-7 il əvvəl 2-3 ay məscidə gəlib getdi. O zaman onun təqribən 28-29 yaşı olardı. Hiss etdim ki, fikirləri yanlışdı. Cihad həvəsindəydi. Hazırda döyüşlər gedən yerdə cihad etmək bizim şəriətə görə yanlışdı. İstəyirdim onu uzaqlaşdıram, özü çıxıb getdi”.

Lakin süni təriqətindən olan bir neçə şəxs sosial şəbəkələrdə Hacı Qaməti yalançılıqda ittiham ediblər. Bildiriblər ki, Məhəmməd onun köməkçisi olub, hətta Hacı Qamətinin sürücülüyünü edib.

Daha sonra onlar qeyd ediblər ki, Məhəmməd 4 ilə yaxın “Əbu Bəkir” məscidinə gedib-gəlirmiş, yəni Hacı Qamətin dediyi kimi 2-3 ay yox.
Təriqətçilər qeyd ediblər ki, Məhəmməd 2007-2008-ci illərdə Əfqanıstana vuruşmağa gedib.

Sevinc İltifatqızı


Teqlər:  



Xəbər lenti