Abutalıbov: Son qərar martın 3-də veriləcək - VİDEO

Abutalıbov: Son qərar martın 3-də veriləcək - VİDEO
  19 Fevral 2014    Oxunub:1702
Xəbər verdiyimiz kimi fevralın 18-də 150 nömrəli məktəbdə Bakının «Sovetski» məhəlləsinin sakinləri ilə hökumət nümayəndələrinin görüşü olub.

AzVision.az AzadliqRadiosu-na istinadən xəbər verir ki, görüşdə iştirak edən Bakı şəhər İcra Hakimiyyəti başçısı Hacıbala Abutalıbov məsələ ilə əlaqədar son qərarın martın 3-də veriləcəyini deyib. O hər bir vətəndaşa fərdi yanaşılacağını və nədənsə razı olmayan vətəndaşın evinin sökülməyəcəyini bildirib.

Qeyd edək ki, Bakının “Sovetski” kimi tanınan ərazisinin bir qrup sakini evlərinin sökülməsi müqabilində onlara veriləcək kompensasiyanın miqdarından narazılıq ifadə ediblər.

Sakinlərə hər kvadratmetr üçün 1500 manat təklif edilmişdi.




Teqlər:  



Xəbər lenti