XİN-də görüş
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AzVision.az-a verilən məlumata görə, görüşdə Azərbaycan ilə QDİƏT arasında münasibətlərin hazırkı səviyyəsi və əməkdaşlığın gələcək perspektivləri müzakirə olunub.
V.Tsvirkun E.Məmmədyarova təşkilatın gündəliyində duran məsələlər haqqında məlumat verib. Həmçinin Azərbaycan tərəfinə təşkilata göstərdiyi dəstəyə görə minnətdarlığını bildirib.
Nazir baş katibə Azərbaycanın təşəbbüsü ilə regionda həyata keçirilən irimiqyaslı layihələr, o cümlədən Trans-Avrasiya Super İnformasiya Magistralı (TASİM) layihəsindən söhbət açıb. Xarici İşlər Nazirliyinin nəzdində fəaliyyət göstərən Beynəlxalq İnkişafa Yardım Agentliyinin (AIDA) fəaliyyəti, onun həyata keçirdiyi layihələr haqqında da məlumat verib.
Teqlər: