Xədicə İsmayıl yenidən prokurorluğa çağırıldı
Ötən gün Ağır Cinayətlərə Dair İşlər üzrə İstintaq İdarəsində ifadə verən jurnalist bu gün saat 11:00-a yenidən prokurorluqda izahat verəcək.
Qeyd edək ki, ABŞ kəşfiyyatına işlədiyi iddia edilən jurnalist Xədicə İsmayılova özünün facebook səhifəsində müxalifətin “casus siyahısı” ilə bağlı sensasion sənəd yerləşdirib. Xədicə İsmayılovanın yazdığına görə mətbuatda böyük qalmaqala səbəb olan siyahı ona 2011-ci ildə MNT-in hansısa keçmiş işçisi tərəfindən ötürülüb.
Ötən gün Baş Prokurorluq rəsmi açıqlama yayaraq məsələnin araşdırıldığını bəyan edib.
AzVision.az