Mikayıl Cabbarov Xocalı ilə bağlı əmr verdi

Mikayıl Cabbarov Xocalı ilə bağlı əmr verdi
  19 Fevral 2014    Oxunub:1270
Təhsil naziri Mikayıl Cabbarov Xocalı soyqırımının iyirmi ikinci ildönümünün keçirilməsi barədə əmr imzalayıb.
Təhsil Nazirliyindən AzVision.a-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Bakı Şəhəri üzrə Təhsil İdarəsi, Gəncə Şəhər Təhsil İdarəsi, rayon (şəhər) təhsil şöbələri, ali, ilk peşə və orta ixtisas təhsili müəssisələrinin rəhbərlərinə tapşırılıb ki, təhsil müəssisələrində Xocalı soyqırımına həsr olunmuş tədbirləri müəyyənləşdirib həyata keçirsinlər, əmrin icrası ilə bağlı görülmüş işlər barədə 3 mart tarixinədək nazirliyə hesabat təqdim etsinlər.

Əmrin icrasına nəzarət nazir müavini Ceyhun Bayramova həvalə olunub.




Teqlər:





Xəbər lenti