Zakir Həsənova qarşı təxribat - rəsmi AÇIQLAMA

Zakir Həsənova qarşı təxribat - rəsmi AÇIQLAMA
  19 Fevral 2014    Oxunub:964
Müdafiə Nazirliyi dini lider Fətullah Gülən və Mustafa Günayın qalmaqallı səs yazısında nazir Zakir Həsənov barədə səsləndirilən fikirlərə rəsmi aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən AzVision.az-a daxil olan məlumatda bildirilib ki, bu xəbərlər Zakir Həsənova qarşı təxribat xarakterlidir:

-Bəzi elektron kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə Fətullah Gülən və Mustafa Günay adlı şəxslər arasında aparılan telefon danışığının yayılmış audioyazısında Azərbaycan Respublikasının Müdafiə naziri barədə səsləndirilən fikirlərə münasibət olaraq bildiririk ki, Müdafiə nazirinin adı çəkilən şəxslərlə heç bir tanışlığı yoxdur, ünvanına heç bir təbrik məktubu daxil olmayıb və bunu bir təxribat kimi qiymətləndiririk.

AzVision.az


Teqlər:  





Xəbər lenti