“Müharibədə Azərbaycana kömək etmişik”- İran səfiri

“Müharibədə Azərbaycana kömək etmişik”- İran səfiri
  19 Fevral 2014    Oxunub:1057
“Çətin günlərdə İran İslam Respublikası bütün gücü ilə özünun azərbaycanlı vətəndaşlarının köməyinə çatıb”.
Azvisin.az xəbər verir ki, bunu İran İslam Respublikasının Azərbaycandakı səfiri Möhsün Pakayin bildirib.

Səfir qeyd edib ki, Azərbaycanın Ermənistanla dağıdıcı müharibə apardığı vaxtlarda humanitar köməyə ehtiyacı var idi. Bununla əlaqədar "İmam Xomeyni İmdad Komitəsi" Beynəlxalq Humanitar Təşkilatı Azərbaycan Respublikasının müstəqillik qazandığı ilk günlərindən başlayaraq Azərbaycanda humanitar fəaliyyətə başladı:

"Komitənin o vaxtkı sədri 1993-cü ilin 23 dekabr tarixində Azərbaycana səfər etdi və mərhum prezident Heydər Əliyevlə görüşdü. Komitənin Bakı Nümayəndəliyinin təsis etmək üçün İran Dövlətinin hazır olduğunu bildirdi və mərhum prezidentin razılığı ilə bu komitənin Bakı Nümayəndəliyi təsis edildi."

O, həmçinin deyib ki, mərhum prezident Heydər Əliyev 1999-cu ilin 2 avqust tarixində İranın Şərqi Azərbaycan vilayətinin o dövrkü varisi Yəhya Məhəmmədzadə ilə görüşündə həmin çətin günlərə işarə edərək deyib: "Çətin günlərdə, 1991-ci ildə sərhədlər açılandan sonra İran bizim ölkəyə, xüsusilə Ermənistan tərəfindən blokadaya alınmış Naxçıvana lazımı köməklik göstərdi."

Səfir əlavə edib ki, qaçqın və məcburi köçkünlərin problemlərinə qayğı ilə yanaşan və onların sosial şəraitinin yaxşılaşmasında böyük işlər görən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev Tehrana etdiyi səfərlərinin birində "İmam Xomeyni İmdad Komitəsi" Beynəlxalq Humanitar Təşkilatının ofisinə gələrək bu qurumun Azərbaycanda ehtiyacı olanlara göstərdiyi yardıma görə minnətdarlığını bildirib.

Nihadə Eyyubova


Teqlər:  





Xəbər lenti