İlham Əliyev eks-prezidenti təltif etdi

İlham Əliyev eks-prezidenti təltif etdi
  19 Fevral 2014    Oxunub:1593
İlham Əliyev İnquşetiyanın keçmiş prezidenti Ruslan Auşevi təltif edib

Azərbaycan prezidenti İlham Əliyev fevralın 19-da Rusiya Federasiyası İnquşetiyanın keçmiş prezidenti Ruslan Auşevi qəbul edib.

R. Auşevin ölkəmizin və xalqımızın böyük dostu olduğunu vurğulayan dövlət başçısı onun regionda sülhün və təhlükəsizliyin möhkəmləndirilməsində fəal iştirak etdiyini, Azərbaycanla Rusiya, o cümlədən Şimali Qafqaz respublikaları arasında ənənəvi dostluq münasibətlərinin inkişaf etdirilməsində böyük rol oynadığını yüksək dəyərləndirib. Prezident Azərbaycan və Rusiya xalqları arasında əlaqələrin möhkəmləndirilməsi, regionda sülhün və əmin-amanlığın bərqərar olması sahəsində xidmətlərinə görə Ruslan Auşevin Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeni ilə təltif olunduğunu deyib, ordeni ona təqdim edib.

R. Auşev ona Bakıda prezident İ. Əliyev tərəfindən Azərbaycanın yüksək dövlət mükafatlarından olan “Dostluq” ordeninin təqdim olunmasından böyük qürur hissi keçirdiyini deyib.

AzVision.az


Teqlər:  





Xəbər lenti