Ərdoğandan Azərbaycanla bağlı şok İDDİA

  19 Fevral 2014    Oxunub : 540
Ərdoğandan Azərbaycanla bağlı şok İDDİA
Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan son günlər ölkəni bir-birinə qatan gizli səs yazıları ilə bağlı sərt fikirlər səsləndirib.

AzVision.az türk mətbuatına istinadən xəbər verir ki, baş nazir Cümhuriyyət Xalq Partiyasına (CHP) müraciət edib və bildirib ki, əgər cəsarətləri varsa, Azərbaycanla bağlı olan səs yazılarını da dinləsinlər:

“Dünən dedim, yenə də deyirəm, əgər cəsarətiniz varsa, CHP qrupunda ortalığa tökülən səs yazılarını yaysınlar, onları da dinləyək. Dünən yeni səs yazıları ortaya atıldı. Buyursun, CHP bunları dinləsin, MHP bunları da dinləsin. Əlindəki media ilə, hökumətə milli iradəyə alçaqca hücum edən media kapitanlarının çirkli işlərinin üstünə getsinlər. Mənim ofisimə qoyulan böcəyi ABŞ üzərində aparılan danışıqları dinləsinlər. Azərbaycanla bağlı aparılan çirkli söhbətləri dinləsinlər. CHP-nin içində qurulan oyunları dinləsinlər”, -deyə, R.T.Ərdoğan qeyd edib.

Qeyd edək ki, Ərdoğanın çıxışında “Azərbaycanla bağlı aparılan çirkli söhbətləri dinləsinlər” deyə səsləndirdiyi fikirlərin hansı məqsədlə CHP-yə ünvanlanması maraq doğurur.

Sevinc İltifatqızı

Teqlər: