İrandan dərman gətirən şəxs yaxalanıb
Dövlət Sərhəd Xidmətinin (DSX) Mətbuat Mərkəzindən AzVision.az-a verilən məlumata görə, 14 fevral 2014-cü il tarixdə saat 04.30 radələrində Yardımlı rayonunun Abbasalı kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində 3 nəfərdən ibarət qaçaqmalçı qrupun külli miqdarda qaçaqmalı İran İslam Respublikasından Azərbaycana keçirmək cəhdinin qarşısı alınıb.
Qaçaqmalçılara məxsus 5 yeşikdə 14 min 088 kanvalyut “travamis”, “opidol,” “tamol-xx” psixotrop dərman preparatları aşkar edilərək götürülüb.
Faktla bağlı Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsi tərəfindən əməliyyat istintaq tədbirləri davam etdirilir.
Teqlər: