İclaslara gəlməyənlər Milli Şuradan qovulacaq

İclaslara gəlməyənlər Milli Şuradan qovulacaq
  19 Fevral 2014    Oxunub:887
Bu gün Milli Şuranın növbəti iclası keçirilib. AzVision.az xəbər verir ki, sessiya AXCP-nin qərargahında keçirilir. İclasda ilk əvvəl gündəlik qəbul edilib və bu istiqamətdə müzakirələr başlayıb.
Müzakirələrdən sonra Milli Şuranın yeni əsasnaməsi qəbul edilib. Koordinasiya Şurasının adı dəyişdirilərək Koordinasiya Mərkəzi olub.

***
Milli Şuranın bu gün keçirilən sessiyasında yeni Əsasnamə müzakirə edilir. AzVision.az xəbər verir ki, Əsasnamənin ilkin variantında qeyd olunur ki, qurumun ali orqanın iclasları ayda bir dəfə keçirilir.

Əsasnamənin 1.18-ci bəndində nəzərdə tutulur ki, sessiya və Koordinasiya Şurasında qərarların qəbulunda səs verməyən üzvlərin həmin qərarın icrasında iştirak etməyə bilər, amma həmin qərarın əleyhinə təbliğat apara bilməz.

Əsasnamənin 1.16-cı bəndində üzvlərin fəaliyyətinə hansı hallarda xitam verilməsi nəzərdə tutulur: “Milli Şuranın təməl prinsipləri və Əsasnaməyə uyğun olmayan hərəkətlərə yol verdikdə, Milli Şuranın sessiyalarında üzrsüz səbəbdən mütəmadi iştirak etmədikdə və özünün xahişi ilə üzvün fəaliyyətinə xitam verilir".

***

Sessiyada Milli Şuranın yeni əsasnaməsinin də qəbul ediləcəyi gözlənilir. Koordinasiya Mərkəzinin və sədrin də səlahiyyətinin müəyyənləşdirilməsi bu əsasnamədə öz əksini tapacaq.

Milli Şuranın üzvlük proseduru da asanlaşdırılması nəzərdə tutulub. Üzvlük proseduru ilə bağlı dəyişiklik edilib. Bundan öncəki qaydaya görə yeni üzv olmaq istəyən şəxs Milli Şura üzvlərinin üçdə birinin razılığını almalı idi. Bundan sonra üzv olmaq istəyən şəxs Koordinasiya Şurası və ya Milli Şuranın sədrinin adına ərizə yazmalıdı. Müraciət Koordinasiya Şurasında müzakirə edilib qəbul edildikdən sonra təsdiq üçün sessiyaya təqdim edilməlidi. Koordinasiya Şurasından keçmək üçün üzvlərin ən az üçdə birinin razılığı olmalıdı.

Sessiya gedişində ötən iclaslarda qəbul edilən qərarların icrasına da nəzər yetiriləcək. Keçirilməsi planlaşdırılan Azərbaycanın Avrointeqrasiyası ilə bağlı dinləmələr müzakirə ediləcək və bununla bağlı qərar veriləcəyi gözlənilir.

İclasda yeni üzvlərin qəbulla bağlı müraciətinə də baxılacaq.

***

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti